Siyasət

Prezident İlham Əliyev nazirliyə 2 milyon manat ayırdı

2 Sentyabr 2014 18:52
Baxış: 621
Azərbaycan Respublikasının Prezident İlham Əliyev Bakı şəhərində "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum"un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum"un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.