Siyasət

İtaliyanın Baş naziri Azərbaycana gələcək

2 Sentyabr 2014 18:08
Baxış: 487
AzərTAc xəbər verir ki, İtaliyanın Baş naziri Matteo Renzi Azərbaycana səfər edəcək.

Bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat verib.

Sentyabrın ikinci yarısına planlaşdırılan səfər çərçivəsində Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya çatdıracaq "Trans-Adriatik" (TAP) boru kəməri layihəsi ilə bağlı məqamlar diqqət mərkəzində olacaq. Bununla yanaşı, iki ölkə arasında əlaqələrin son durumu, müxtəlif sahələrdə münasibətlərin inkişaf perspektivləri də görüşlərdə əsas müzakirə mövzusu olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.