Almaniya Azərbaycanın Avropa İttifaqındakı önəmli tərəfdaşlarından biridir.
Trend-in məlumatına görə, bunu Milli Məclisinin sədri Oqtay Əsədov bu gün Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, "Almaniya-İsrail Cəmiyyəti"nin sədri, Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, sabiq dövlət katibi Mixael Andreas Butsun və "Almaniya İqtisadiyyatının Şərq Komitəsi"nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyəti ilə görüşündə deyib.
O.Əsədov bildirib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard 200 milyon dollardan çox olub, bu ilin altı ayında isə bu rəqəm 1 milyard 300 min dollar təşkil edib: "Ölkələrimiz arasında ticarət əlaqələrini daha da inkişaf etdirmək üçün kifayət qədər imkanlar var".
Spiker Almaniya-Azərbaycan Forumunun işini yüksək qiymətləndirdiyini deyib.
Azərbaycan-Almaniya əlaqələrinə toxunan O.Əsədov deyib ki, ölkələrimiz arasındakı münasibətlər sürətlə inkişaf edir.
O.Əsədov ölkələrimizin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.
Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini xatırladan sədr Almaniya parlamentində də Cənubi Qafqaz üzrə dostluq qrupunun olduğunu diqqətə çatdırıb və dostluq qrupları arasında əməkdaşlığın önəmli olduğunu deyib.
Hans-Eberhard Şlayer Almaniya-Azərbaycan Forumunun ölkələrimiz arasındakı əlaqələrin inkişafına xidmət etdiyini deyib. O qeyd edib ki, hər iki tərəf Forumun işinin səmərəliyini artırılması üçün öz töhfələrini verir. H.Şlayer Forumun Azərbaycan parlamenti ilə də əməkdaşlığının sevindirici hal olduğunu bildirib.
Azərbaycan-Almaniya münasibətlərinə toxunan qonaq qeyd edib ki, xalqlarımız arasında böyük tarixə malik əlaqələr var.
Milli.Az
Siyasət
Oqtay Əsədov: "Almaniya Azərbaycanın Avropa İttifaqındakı önəmli tərəfdaşlarından biridir"
2 Sentyabr 2014 16:05
Baxış: 441
DİGƏR XƏBƏRLƏR
- "Ermənistanın 4 kəndi qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir"
- Prezidentin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib
- Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
- Prezident Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
- Prezident: Quru sərhədlərinin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
- İlham Əliyev: Biz qonşularla yaxşı münasibətlər qura bilmişik
XƏBƏR LENTİ
- Paltaryuyana 1 paket quru maya əlavə edin - Nəticə sizi təəccübləndirəcək
- “Görəsən, oradakı bulağımız dururmu?!” - 71 yaşında evinə qayıdır
- Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb
- Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…
- Şəxsiyyət testi - Şəkildə ilk nə gördünüz?
- Ərdoğan CHP sədri ilə görüşdü
- Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı verildi - FOTOlar
- Məşhur yazıçıdan ŞOK açıqlama - "Yadplanetlilər yumurta hüceyrələrimi oğurladılar"
- Britaniya Polşaya qırıcılarını göndərir - Sunak
- Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT
- 15 yaşlı məktəbli qəbiristanlıqda iki qızı bıçaqladı
- Azərbaycana ən çox turist bu ölkələrdən gəlir
- Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
- Bu ərazilərdə qaz olmayacaq
- “Simpsonlar”ın 2024-cü illə bağlı PROQNOZLARI - Reallaşanlar və qorxunc ehtimallar - FOTO
- COP29 vasitəsilə xarici media Azərbaycanın gördüyü işlərdən xəbərdar olacaq - Jean de Brabander
- Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO
- Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
- Külli miqdarda rüşvət alan vergi rəisi tutuldu
- 12 barmaqlı körpə doğuldu - FOTO
- Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO
- "Ermənistanın 4 kəndi qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir"
- Prezidentin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib
- Aktyor 1 kilo kokainlə tutuldu