Siyasət

Bolqarıstan prezidenti Bakıda müzakirələr aparacaq

2 Sentyabr 2014 14:52
Baxış: 870
Bolqarıstan prezidenti Rosen Plevneliyev Bakıda Azərbaycanla enerji əməkdaşlığı məsələlərini müzakirə edəcək. Hazırda səfərə hazırlıq işləri görülür.

Bunu çərşənbə axşamı Trend-ə diplomatik mənbələrdən deyiblər.

Səfər zamanı Azərbaycan tərəfi ilə enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunması planlaşdırılır. Bolqarıstan prezidentinin Azərbaycana səfəri onun "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr edilmiş təntənəli mərasimlərdə iştirakı ilə bağlıdır.

Qeyd edək ki, Bolqarıstan prezidenti daha əvvəl "Anadolu" agentliyinə bildirmişdi ki, ölkəsi Azərbaycandan qaz almaq niyyətindədir. O, həmçinin məlumat vermişdi ki, sentyabrın 23-24-də Bakıda Azərbaycan, Türkiyə, Yunanıstan və digər ölkələrin liderlərinin görüşü keçiriləcək. Görüşdə Azərbaycan qazının Cənubi Avropaya, o cümlədən Bolqarıstana tədarükü məsələsi müzakirə olunacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.