Siyasət

Əhməd Davudoğlu: "Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə üçün strateji məsələdir"

2 Sentyabr 2014 09:03
Baxış: 776
Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə hökuməti üçün strateji məsələdir. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənim baş naziri Əhməd Davutoğlu ölkə parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olmasından sonra Türkiyə həmçinin Ankara və Yerevan arasında münasibətlərin normallaşması üçün addımlar atacaq.

Türkiyənin baş naziri Ermənistanı tarixi hadisələrin girovu olmamağa, həmçinin ikitərəfli münasibətlərin normallaşması üzrə Ankaranın təkliflərini rədd etməməyə çağırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.