Siyasət

Azərbaycanın Pakistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib

1 Sentyabr 2014 14:10
Baxış: 549
Azərbaycanın Pakistandakı səfirliyi ölkə müxalifəti və hakimiyyəti arasında qarşıdurmalarla əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə bazar ertəsi Trend-ə səfirlikdən deyiblər.

Səfirlikdən qeyd ediblər ki, Pakistan hakimiyyəti Azərbaycan səfirliyinin binasının yerləşdiyi ərazidə təhlükəsizlik tədbilərini gücləndirib: "Hazırda Azərbaycanın Pakistandakı səfirliyi gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində işləyir, polis və müxalifət arasında toqquşmalar davam edir, nümayişçilər Pakistan televiziyasının binasını artıq ələ keçiriblər".

Dünən Pakistan polisi baş nazirin iqamətgahına və parlamentin binasına zorla girməyə çalışan nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Asayiş keşikçiləri ilə toqquşmalar nəticəsində 4 nümayişçi ölüb, 500-dən artıq insan xəstəxanaya yerləşdirilib. Polislə toqquşmalar davam edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.