Azərbaycanda müxtəlif dinlər, millətlər dinc, yanaşı yaşayır. Azərbaycanla Ermənistan arasında münaqişə də dini məsələ deyil. Bu, Ermənistanın təcavüzüdür. Ermənistan bunu din pərdəsi altında malalamaq istəyir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün keçirilməsi ilə bağlı mətbuat konfransında bildirib.
DQİDK sədri qeyd edib ki, Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Onların Bakının mərkəzindəki dini məbədi də yüksək səviyyədə qorunub saxlanır.
M.Qurbanlı Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün keçirilməsini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına sədrliyi dövründə bir neçə tədbirlərə ev sahibliyi edib və edəcək. AŞ-də mədəniyyətlərarası dialoqla bağlı müxtəlif tədbirlər keçirilib. Bakıda keçirilən bu tədbir isə mübadilə görüşləri arasında sayca 7-cidir: "Azərbaycanda konfessiyaların azad şəraiti hamı tərəfindən etiraf olunur. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, icmalar azad şəkildə fəaliyyət göstərir. AŞ-dən gələn nümayəndələr Azərbaycanda dinlər, dini icmalarla bağlı vəziyyət barədə müsbət fikirdədirlər".
Milli.Az
Siyasət
Komitə sədir: "Azərbaycanla Ermənistan arasında münaqişə dini məsələ deyil"
1 Sentyabr 2014 12:34
Baxış: 608
DİGƏR XƏBƏRLƏR
- "Ermənistanın 4 kəndi qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir"
- Prezidentin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib
- Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
- Prezident Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
- Prezident: Quru sərhədlərinin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
- İlham Əliyev: Biz qonşularla yaxşı münasibətlər qura bilmişik
XƏBƏR LENTİ
- Firəngiz Mütəllimova Xocalıda - FOTO
- Rusiyanın bu sektoruna sanksiyalar davam etdiriləcək
- Bu, sülhə doğru görünən addımdır - Almaniya
- Vəziyyət Ukraynanın xeyrinə dəyişmir - Kirbi
- Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”
- Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı
- Uimbldon-2023-ün qalibi boşanıb: "Alınmadı"
- COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünya səhnəsindəki əhəmiyyətini nümayiş etdirir - Yakub Koreyba
- Günün qoroskopu: Az danışın, qayğı və diqqət izharlarını artırın
- “Fəlakət”in rol aldığı türk serialında YENİ SİMALAR
- Qriqoryan Piterdəki görüşdən imtina etdi
- Avropa çempionatında oynaya bilməyəcək
- Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?
- Şoyqunun müavini rüşvətə görə saxlanıldı
- Bu ərazilərdə qaz olmayacaq
- Safuradan anası ilə bağlı paylaşım - FOTOlar
- Rəisi Pakistanda elan etdi: İsraili cəzalandırdıq!
- Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…
- Bakıda məşhur klinika satışa çıxarıldı – Qiyməti
- Həmişə sevgi üçbucaqları yaradan BÜRCLƏR
- Azərbaycanda bu taksi şirkəti bağlandı
- Bu NATO ölkəsindəki Lenin Muzeyi bağlanacaq
- COP29-un Azərbaycanda keçirilməsi ölkə üçün yeni imkanlar açacaq - Ceyms Şarp
- Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Rusiya XİN