12:19
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş sentyabrın 1-dən qüvvəyə minib. Trend xəbər verir ki, bu barədə bazar ertəsi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqların 4 rəsmi mərhələsi 2012-ci il fevralın 7-dən 2013-cü il iyulun 5-dək Bakıda və Brüsseldə keçirilib.
2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Avropa İttifaqının sammiti çərçivəsində Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Fevralın 28-də isə Azərbaycan Avropa İttifaqı ilə readmissiya haqqında saziş imzalayıb.
Bir müddət əvvəl tərəflər bir-birilərini sazişin reallaşdırılması üzrə daxili prosedurların başa çatması barədə məlumatlandırıblar. Məlumatda deyilir ki, Böyük Britaniya, İrlandiya və Danimarka müqaviləyə aid deyillər.
Yeni qaydalar qüvvəyə mindikdə vizaların verilməsi haqqında qərar 10 gün ərzində, təcili hallarda isə iki gün və daha az müddətdə qəbul ediləcək. Ərizə Azərbaycan vətəndaşlarına 35 avroya başa gələcək, lazımi sənədlərin siyahısı isə əhalinin bəzi kateqoriyaları, o cümlədən yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, müəllimlər, iş adamları, alimlər və jurnalistlər üçün qısaldılacaq.
Readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin imzalanması Aİ-nin "Şərq tərəfdaşlığı" proqramında nəzərdə tutulub.
Saziş Azərbaycan vətəndaşları, xüsusilə daha çox səyahət edənlər üçün Avropa İttifaqı ölkələrinin əksəriyyətinin ərazisinə sərbəst daxil olmağa və çıxmağa icazə verən qısamüddətli vizaların daha asan və daha ucuz alınmasına imkan verir.
Qısamüddətli viza 180 gün ərzində ən çox 90 gün Avropa İttifaqı ölkələrində olmağa icazə verən vizadır. Sazişə uyğun olaraq, viza yığımları 60-dan 35 avroya qədər azaldılacaq və bəzi kateqoriyadan olan vətəndaşlar yığımlardan tamamilə azad ediləcək.
Tez-tez və müəyyən şərtlərlə səfər edən insanların bəzi kateqoriyaları üçün Avropa İttifaqının üzvü olan dövlətlər bir ildən beş ilə qədər çoxdəfəlik vizalar verəcəklər.
Diplomatik pasportların sahibləri vizanın alınması öhdəliyindən azad olunurlar. Saziş həmçinin nəzərdə tutur ki, vizanın işlənməsi üçün ərizə verənlərin müəyyən kateqoriyalarından, həmçinin rəsmi nümayəndə heyətlərinin üzvləri, 12 yaşa qədər uşaqlardan, pensionerlərdən, alim və tələbələrdən rüsum yığılmayacaq.
Readmissiya haqqında saziş Aİ ölkələri və Azərbaycan hakimiyyətləri üçün dəqiq öhdəlikləri və prosedurları müəyyən edir. O, tərəflərin ərazisində qanunsuz olan adamları nə zaman və necə toplamağı tənzimləyir. Onlar təkcə hər iki tərəfin ərazidə qanunsuz olan vətəndaşlarına deyil, həm də müəyyən tərəflə (məsələn, viza və ya yaşamaq üçün sənəd) dəqiq əlaqəyə malik olan üçüncü ölkələrin vətəndaşlarına və qeyri-leqal vəziyyətdə olan vətəndaşlığı olmayan şəxslərə aiddir. Readmissiya haqqında sazişin tətbiqi zamanı İnsan Hüquqları üzrə Avropa Konvensiyasında nəzərdə tutulduğu kimi, insan haqlarına hörmət edilməsinə tam zəmanət verilir.
Bu günədək Aİ viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında 12 ölkə ilə saziş imzalayıb: Albaniya, Bosniya və Hersoqovina, Makedoniya Respublikası, Moldova, Monteneqro, Rusiya, Serbiya, Ukrayna, Gürcüstan, Kabo-Verde. Onlardan 11-i qüvvəyə minib, Kabo-Verde ilə saziş hələ imzalanmayıb.
---------
10:58
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş sentyabrın 1-dən qüvvəyə minib.
Trend xəbər verir ki, bu barədə bazar ertəsi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.
Milli.Az
Siyasət
Avropaya getmək istəyən azərbaycanlılara müjdə - YENİLƏNİB
1 Sentyabr 2014 12:19
2 Şərh
Baxış: 4 165
DİGƏR XƏBƏRLƏR
- Nə oldu, Makron?
- Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb - FOTO
- Tarixi gün - İlham Əliyevin xalqa hədiyyəsi
- Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTO
- XİN: Ermənistan 4 kəndi geri qaytaracaq
- “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edildi
XƏBƏR LENTİ
- Qan durulducu dərmanlardan istifadə edənlərə XƏBƏRDARLIQ – Ölüm riski yaradır
- Baş nazirdən Texniki Universitet ilə bağlı qərar
- İranlı və ermənistanlı idmançıların yarışında kütləvi dava - ANBAAN GÖRÜNTÜLƏR
- “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı dəyişdi
- Neftimiz BAHALAŞDI
- Xankəndidə daha 7 avtomat və 6 qumbara tapıldı
- Hazırda Bakı-Sumqayıt yolu - VİDEO
- Samirə bu məşhurla əl-ələ GÖRÜNTÜLƏNDİ - VİDEO
- Bu ərazilərə leysan yağdı - Faktiki Hava
- “Qaralar”la son sınaq
- Nə oldu, Makron?
- Xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO
- Neft Fondunun I rübdə gəlirləri açıqlandı
- "Ümid nəğməsi" adlı tamaşanın premyerası keçirildi - FOTO
- 49 yaşlı Əməkdar artistin ölüm səbəbi bilindi - YENİLƏNİB - FOTO
- Türkiyədə avtobus aşdı, 19 nəfər yaralanıb
- Bakıda kişi tanışını öldürdü
- Bakıda dava edən iki sürücü saxlanıldı
- Qastrit bu səbəbdən baş verir
- Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”
- Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü
- İlhamə Quliyeva ilə küsülülüyünün səbəbini AÇIQLADI - VİDEO
- Qazaxıstan vətəndaşları Türkiyədə 250 daşınmaz əmlak alıb
- Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİYALI FAKTLAR - FOTO