Siyasət

Prezident İlham Əliyev bir sıra dövlət başçılarını təbrik edib - YENİLƏNİB

30 Avqust 2014 18:37
Baxış: 502
18:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli Almazbek Şarşenoviç,
Qırğızıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq münasibətləri və əməkdaşlıq xalqlarımızın rifahı, ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dinamik inkişaf edəcəkdir.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram".

---------
18:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik məktubu göndərib.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Əlahəzrət,
Malayziyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim sülh və firavanlıq diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.