Siyasət

"Azərbaycanda əsirlikdə olan erməni hərbçi üçüncü ölkəyə təhvil verilib"

29 Avqust 2014 16:50
0 Şərh     Baxış: 920

Azərbaycanda əsirlikdə olan erməni hərbçi avqustun 26-da üçüncü ölkəyə təhvil verilib

Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, həmin erməni hərbçi üçüncü ölkəyə təhvil verilməzdən öncə BQXK-nın nümayəndələri onunla görüşüblər.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, A.İnciqulyan üçüncü ölkəyə avqustun 26-da göndərilib.

Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə keçib.

Erməni əsir A.İnciqulyan öz ölkəsinə - Ermənistana deyil, üçüncü ölkəyə getmək istəməsi barədə Azərbaycan hökumətinə ərizə ilə müraciət etmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.