Siyasət

Allahşükür Paşazadə: "Gürcüstan və Azərbaycan xalqlarının dostluğu nümunədir"

29 Avqust 2014 12:49
Baxış: 530

Gürcüstan və Azərbaycan xalqlarının dostluğu nümunədir

Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə avqustun 29-da Tbilisi aeroportunda bəyan edib.

O, qeyd edib: "Mən sizi yenidən görməyimə şadam, çünki bizim münasibətlərimiz səmimiliyi və mehribanlığı ilə fərqlənir və xalqlarımız, ilk növbədə, ölkələrimizin ərazi bütövlüyünün təmin olunması üçün bir-biriləri üçün çox işlər görüblər".

QMİ sədri Gürcüstana dostluq səfərinə gəlib və özünün 65 yaşını burada qeyd edəcək. Onu II İliya qarşılayıb və tərəflər aeroportun binasında bəyanatla çıxış ediblər.

A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi salamını bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyaya çatdırıb.

Katolikos-Patriarx şeyxülislamı 65 illik yubileyi münasibəti ilə təbrik edib və onu "Gürcüstan xalqının dostu" adlandıraraq minnətdarlığını ifadə edib: "Sizi ad gününüz münasibətilə təbrik edirəm. Bir-birimizi uzun illərdir tanıyırıq və dostluğumuz getdikcə möhkəmlənir. Mən sizin simanızda Gürcüstanın əziz dostunu salamlayıram".

A.Paşazadə Gürcüstanın Prezidenti və parlamentinin sədri ilə də görüşəcək. O, Gürcüstanı avqustun 30-da tərk edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.