Siyasət

Sərdar Cəlaloğlu: "Birləşmiş Hüquq Müdafiə Mərkəzinin buraxılmasını təklif edəcəyəm"

21 Avqust 2014 17:16
Baxış: 671
"AXCP yetkililəri Mirmahmud Mirəlioğlunun sədri olduğu Birləşmiş Hüquq Müdafiə Mərkəzi barədə ağızlarına gələni deyib, özlərini ictimai rəy qarşısında qoyublar.

Sonra da səhvlərini düzəltmək üçün Birləşmiş Hüquq Müdafiə Mərkəzindəkiləri öz tədbirlərinə dəvət etdilər. Əgər onlar Mirmahmud Mirəlioğlu ilə barışıblarsa, lap yaxşı. AXCP mənimlə intriqa aparmırdı ki?! Sadəcə, AXCP-ni, Milli Şuranı Birləşmiş Hüquq Müdafiə Mərkəzinə dəvət etməyi mən təklif etdim, Birləşmiş Hüquq Müdafiə Mərkəzi ilə bağlı ağızlarına gələni danışdıqlarına görə də mən cavab verdim. Yoxsa nə marağım vardı, gəlirlər, gəlsinlər, gəlmirlər, cəhənnəmə gəlsinlər".

Bunu APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu Birləşmiş Hüquq Müdafiə Mərkəzinin sabah keçiriləcək toplantısında Birləşmiş Hüquq Müdafiə Mərkəzinin buraxılmasını təklif edəcəyini də açıqlayıb: "İki yerdə müdafiə qurumu yaratmağın nə mənası var? Əgər Milli Şurada Müdafiə Komitəsi yaradıblarsa, Birləşmiş Hüquq Müdafiə Mərkəzini buraxsınlar, Cəmil Həsənlinin Əli Kərimlinin rəhbərliyi altında nə istəyirlər, etsinlər. Çünki Birləşmiş Hüquq Müdafiə Mərkəzinin mənası olmayacaq, dublikat yaratmaq olmaz ki?! Həm orada, həm burada yığışmağın nə mənası var? Yola gedə bilirlərsə, gedib orada yığışsınlar. Həm gedib orada, həm burada çıxış etmək düzgün deyil".

AXCP sədrinin müavini Razi Nurullayev isə APA-ya bildirib ki, Milli Şuranın təşkil etdiyi Müdafiə Komitəsinə Birləşmiş Hüquq Müdafiə Mərkəzində təmsil olunan əsas partiyaların da qoşulması AXCP-nin bu məsələdə haqlı olduğunu üzə çıxarıb.

Onun sözlərinə görə, AXCP-də qərar qəbul olunub ki, bundan sonra heç bir formada müxalifətdaxili intriqalara qoşulmasın.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.