Siyasət

Andorranın ilk baş naziri Azərbaycanda - FOTO

21 Avqust 2014 10:24
Baxış: 937
Andorra Respublikasının ilk baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oskar Ribas Reiq Gəncəyə birgünlük səfər edib.

Trend-in məlumatına görə, səmimi və mehribanlıqla qarşılanan hörmətli qonaqla Gəncə Şəhər İcra Hakimiyyətində görüş keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, qədim tarixə malik bu şəhər dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, eləcə də Mirzə Şəfi Vazeh kimi dühalar bəxş edib.

Baş nazir Gəncədə səmimi münasibətə, qonaqpərvərliyə görə minnətdarlığını bildirib, onu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçdiklərinə görə mərkəzin idarə heyətinə razılığını ifadə edib.

Sonra qonaq dahi söz ustadı Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, məzarının üztünə gül dəstələri düzüb. Burada fəaliyyət göstərən Nizami muzeyində olan Andorranın ilk baş naziri Nizami dövrünün eksponatlarına, eləcə də şairin dünyanın müxtəlif ölkələrindən gətirilmiş əlyazmalarına baxıb, sonra Heydər Əliyev Mərkəzinə gəlib. Dahi şəxsiyyətin abidəsini ziyarət etdikdən sonra mərkəzlə yaxından tanış olub. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxan qonaq mərkəzdəki video-konfrans zalında ictimaiyyət nümayəndələri qarşısında məruzə ilə çıxış edib.

Gəncə ilə tanışlıqdan sonra Andorra Respublikasının ilk baş naziri Oskar Ribas Reiq Qəbələyə yola düşüb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.