Ermənistanı Ağdama çevirən Serj Sarkisyan təkcə fiziki deyil, həm də psixi xarabalığın kralıdır. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloqun sözlərinə görə, Ermənistan prezidenti S.Sarkisyan Ağdamı xaraba qoymasını Azərbaycana nümunə göstərdi: "O, təkcə Azərbaycanın deyil, Rusiya, Türkiyə, Gürcüstan və hətta İranı da Ağdama çevirməyi arzulayır. Rəhbərlik etdiyi Ermənistanı isə hazırda Ağdama çevirməklə məşğuldur. İstənilən çiçəklənən diyarı xarabazara çevirməklə öyünməsi S.Sarkisyanın psixoloji vəziyyətindən qaynaqlanır. Yaşayış məskənlərin çiçəklənməsindən deyil, xarabaya çevrilməsindən ləzzət almaq, yəqin ki, təbabətə çox az bəlli olan psixoloji xəstəlikdir. Əslində xarabalıq ilk növbədə S.Sarkisyanın beynindədir".
M.Əhmədoğlu qeyd edib ki, Avropada sərbəst yerdəyişmə hüququndan danışan S.Sarkisyan 2 kəlbəcərlini Kəlbəcərə getdiyi üçün girov götürdü.
Onun sözlərinə görə, Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsində xüsusi rolunu inkar edən S.Sarkisyan münaqişənin ATƏT-in Minsk qrupu vasitəsilə həllini prioritet hesab edir: "2 ay bundan öncə isə S.Sarkisyan ATƏT MQ həmsədrlərini normal sənəd hazırlaya bilməməkdə ittiham etmişdi: "ATƏT MQ-nin sənədləri Azərbaycan və Ermənistanda fərqli qavranılır". Münaqişənin tənzimlənməməsinin də əsas səbəbi budur".
M.Əhmədoğlu vurğulayıb ki, S.Sarkisyan Soçi görüşünü 2011-ci ildəki Kazan görüşünün davamı hesab edir: "Bu dərəcədə ziddiyyətli və məntiqsiz fikir söyləyən şəxs hədsiz dərəcədə savadsızdır. Əvvəla, Kazan görüşündən sonra Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü 10 şərtdən imtina etməyənədək prezidentlərin növbəti görüşünün baş tutmayacağını bildirmişdi. Ermənistan prezidenti Vyanada Azərbaycan Prezidenti ilə görüşə getməli oldu. İkincisi, uzunmüddətli fasilədən sonra Vyana görüşünün Kazan görüşünün davamı olmadığı halda, Soçi görüşü heç bir şərt daxilində Kazan görüşünün davamı ola bilməz. Üçüncüsü, Kazan görüşünün mahiyyəti vasitəçilər tərəfindən rədd edilib: tənzimlənmə stolunun üstündəki sənəd 2009-cu ildən etibarən həmsədr ölkə prezidentlərinin qəbul etdikləri Yenilənmiş Madrid Prinsipləridir. Kazan görüşünün mahiyyəti isə 2009-cu il sənədi ilə 2009-cu ilədək olan sənədləri ortaq məxrəcə gətirmək idi".
Politoloqun sözlərinə görə, S.Sarkisyanın Soçi görüşü ilə bağlı daha bir ziddiyyəti ermənilərin daxili vəziyyəti ilə bağlıdır: "Bütün Ermənistan ictimaiyyəti, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərləri Yenilənmiş Madrid Prinsiplərini rədd etdikləri halda S.Sarkisyan münaqişəni ATƏT MQ-nin Madrid prinsipləri əsasında tənzimləmək istəyir. Bu isə S.Sarkisyanla Dağlıq Qarabağ arasında ziddiyyətin göstəricisidir. Əslində Dağlıq Qarabağla S.Sarkisyan arasında heç bir ziddiyyət yoxdur. Ziddiyyət S.Sarkisyanın beynindədir".
O, əlavə edib ki, Ermənistan telekanalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən S.Sarkisyan cəmi 1 gün keçmiş R.T.Ərdoğana difiramblarla dolu təbrik məktubu göndərir: "Təbrik etməsində qüsur yoxdur. Diqqətçəkən 1 sutka ərzində S.Sarkisyanın Ərdoğan barədə daban-dabana zidd münasibətlər nümayiş etdirməsidir. S.Sarkisyanın beyni çoxdan xaraba ideyaların yuvasına çevrilib. Məhz bu səbəbdən də ölkəsinin ərazisində 3 nüvə müəssisə olan S.Sarkisyan Azərbaycanı Mingəçevir gölü ilə və ya "Skad" raketləri ilə hədələyir. S.Sarkisyan hələ bu vaxta qədər malik olduğu işlək "Skad" raketlərinin sayını bilmir. Ümumi sayını isə xeyli şişirdir".
Milli.Az
Siyasət
Mübariz Əhmədoğlu: "Ermənistanı Ağdama çevirən Serj Sarkisyan təkcə fiziki deyil, həm də psixi xarabalığın kralıdır"
20 Avqust 2014 14:38
Baxış: 1 213
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Allahıma sonsuz şükür, nə yaxşı ki...”
- Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcək
- Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
- Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO
- Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır
- Serenayla Mert ilk dəfə əl-ələ GÖRÜNTÜLƏNDİ - VİDEO
- Azərbaycana və Heydər Əliyevin fəaliyyətinə böyük minnətdarlıqla yanaşıram - BAM veteranı
- Yanvar-mart aylarında İngiltərə vətəndaşları Türkiyədə bu qədər daşınmaz əmlak alıb
- Sərhəddə işlər başladı - RƏSMİ
- Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO
- "Bu fikir hökm sürdüyü müddətcə yaxşı heç nə olmayacaq" - VİDEO - FOTO
- "Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna
- Çempionlar Liqasının finalı Tiflisdə keçirilə bilər
- "Qarabağlı ermənilərə görə vuruşan deyilik" - Paşinyan
- Deputat Əli Kərimlini "TikTok"er adlandırdı
- Rafael İskəndərovdan ad günü VİDEOsu gündəm oldu - oğlu ilə...
- Əvəz Zeynallı ilə bağlı qərar verildi
- Culfada ağır yol qəzası - ölənlər var - FOTO
- Ətin qiyməti dəyişə bilər? - AÇIQLAMA - VİDEO
- Sosial ödənişlər bu tarixdə yekunlaşacaq
- Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
- Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı
- Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
- Tarixi gündən 1 il ötdü...