Siyasət

Daha 2 ölkə Ümumdünya Ticarət Təşkilatı çərçivəsində danışıqlarda Azərbaycandan müstəsna hüquq istəyir

20 Avqust 2014 12:08
Baxış: 1 450
Dominikan Respublikası və Honduras Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üzrə danışıqlar çərçivəsində ölkənin hər hansısa məhsul üzrə tarifləri dəyişə biləcəyini nəzərə alaraq, bu məsələ ilə bağlı birinci olaraq danışıqlar aparmaq üçün Azərbaycandan ilkin danışıq hüququnu (inital negotiating right) əldə etmək istəyirlər.

Bunu çərşənbə günü Trend-ə danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Bu, o deməkdir ki, daha əvvəl müəyyən məhsul üzrə ticari güzəştə gedən ölkə onları ləğv edə və ya dəyişdirə bilər, o ilk növbədə ÜTT-nin bu məshul üzrə ilkin danışıqlar hüququna malik üzvləri, habelə məhsulun əsas tədarükçüsü kimi tanınan üzvləri ilə danışıqlar aparmalı və bu məhsulda xeyli marağı olan digər üzvlərlə məsləhətləşməlidir.

M.Məmməd-Quliyev bildirib: "Biz hazırda bu məsələni araşdırırıq, çünki belə hüququ bütün ölkələrə təqdim etmək olmaz. Hansı məhsullar üzrə belə hüququ təqdim etməyin mümkünlüyü məsələsinə baxacağıq və mövcud təcrübədən çıxış edərək qərar qəbul edəcəyik".

Təcrübəyə əsasən, danışıqlara müstəsna hüquq ixrac etdiyi məhsulun payı ümumi idxalda 30 faizi ötən ölkəyə verilir.

Onun sözlərinə görə, Dominikan və Honduras danışıqlar prosesinə bu yaxınlarda qoşulublar: "Onlar məsafənin uzaq (10 min kilometrdən artıq) olmasından asılı olmayaraq, Azərbaycan bazarına çıxış əldə etmək istəyirlər ki, bu da həmin ölkələrlə ticari əlaqələri çətinləşdirir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.