Siyasət

Müsavatın iclasında biabırçılıq

20 Avqust 2014 11:26
Baxış: 949

Avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası keçirilib

Milli.Az xəbər verir ki, partiya daxilindən "Bizim Yol"a verilən məlumata görə, iclas əvvəldən sona qədər qalmaqalla keçib.

Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyüyüb. A.Hacılı Q.İbadoğlunu "Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?" deyə ittiham edib.

Q.İbadoğlu isə "sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm" cavabını verib. Bundan sonra A.Hacılı Q.İbadoğlunun üzərinə hücum edib, lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar.

Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib. Başqan isə "bu mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin" cavabını verib.

Vurğun Əyyub isə İ.Qəmbəri partiyanı dağıtmaqda suçlayıb: "Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o, məhv olacaq". Buna cavabında İ.Qəmbər "Quran" çıxardıb ki, partiyadan getməyəcəyinizlə bağlı əl basın.

Sonda Arif Hacılının "başqan olmasam, partiyanı dağıdacam" hədəsi yenidən qalmaqala səbəb olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.