Siyasət

Bəxtiyar Sadıqov: "Ermənilər vahimə yaratmağa çalışır"

1 Avqust 2014 16:59
0 Şərh     Baxış: 842

"Ağdam rayonu ilə bu gün səhər əlaqə saxladım. Ruh yüksəkliyi baxımından problem yoxdur"

Milli.Az bildirir ki, bunu modern.az-a açıqlamasında Ağdamın deputatı Bəxtiyar Sadıqov deyib.

Onun sözlərinə görə, ermənilər əhali arasında vahimə yaratmaq istəyir: "Dünəndən erməni təxribat qrupu Azərbaycan ərazisinə keçmək istəyib. Amma hərbçilərimiz tərəfindən "yaxşı qarşılanıblar". Düzdür, hər iki tərəfdən tələfat var. Amma əhali dövlətinə, ordusuna əsgər balasına inanır. Ona görə də o yerdə məskunlaşıb. Həmçinin Ermənistan təxribatçı qrupları hər vəchlə çalışırlar ki, Azərbaycan tərəfdə vahimə törətsinlər. Bu, baş tutan deyil. Çünki Ermənistanın öz ordusunun ümumi vəziyyəti bəllidir".

Deputat Azərbaycan ordusunun itkilərindən də danışdı: "Torpaq uğrunda ölən varsa, vətəndir" deyirlər. Oğullarımız da vətən yolunda şəhid olub. Düzdür, utanc doğuran məqamlar da var. Amma sevindirici hal odur ki, Azərbaycan ordusunda bir nəfər də olsun fərarilik yoxdur. Hərbi müddəti başa çatsa da, hərbi hissədə qalıb xidmət edənlərin də sayı qat-qat çoxdur.

Məcburi köçkünlər arasında zabitliyi özünə ömür-gün seçən oğullarımız da çoxdur. Eyni zamanda, qurbansız mümkün deyil. Biz sabah torpaqları işğaldan azad edərkən hərb yolunu seçsək, o zaman da az qurbanlarımız olmayacaq. Ona görə də dövlət başçımız sülh danışıqlarına davam etməkdədir".

Qeyd edək ki, dünən gecədən başlayaraq erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd edib. Azərbaycan ordusu düşmənin təxribatının qarşısını alsa da, tələfat verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.