Siyasət

Qarabağda rus snayperləri

1 Avqust 2014 13:24
2 Şərh     Baxış: 1 476
Qarabağda şəhid olan azərbaycanlı əsgərlərin qatilləri bəlli oldu

Rusiya Cənub hərbi dairəsinin Ermənistanda yerləşən bazasındakı "Kamxud" yüksək dağ təlim-tədris kompleksində yeni "taktiki snayper dueli" adlı xüsusi kurslara star verilib. Anspress-in məlumatına görə, bu gündən başlayan kurslar 3 gün davam edəcək.

Kurslara başlamasına bir ay qalmış hərbçilər snayperlərdən düzgün istifadə, hədəfi dəqiq vurma, xüsusi snayper silahlları olan "Draqunov" və "Vintorez"lərdən atış qaydaları ilə bağlı hazırlıq keçiblər.

Məlumata görə, kurslarda hərbçilər iki qrupa bölünəcək. Qruplardan biri hər cür hərbi sursatlarla təmin edilmiş düşmən diversiya qrupu olacaq. Digər qrup isə snayperçilərdən ibarət olacaq. Hər iki qrup atışma zamanı düzgün mövqe seçməyi, snayperlərdən istifadə qaydalarını öyrənəcək.
Həmin snayperlərin Qarabağda olması və azərbaycanlı əsgərləri məhz onların vurduğu ehtimal edilir.

Xatırladaq ki, Ermənistan "Armenpress" saytı azərbaycanlı əsgərlərin snayperləri tərəfindən vurulduğunu etiraf edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.