Siyasət

Cəbhədə gərginlik: qazaxlılar təlaşdadır

1 Avqust 2014 12:48
1 Şərh     Baxış: 1 587

Ötən gecəki atışmadan sonra hazırda Qazaxda nisbi sakitlikdir

Milli.Az bildirir ki, rayon sakinlərinin lent.az-a verdikləri məlumata görə, son iki gün ərzində rayonun cəbhəyanı kəndlərində vəziyyət daha pis olub.

Ötən gecə baş verən atışma nəticəsində Qazax rayonunun Kəmərli kəndindən olan gizir İsa Almazov şəhid olub. Hazırda rayon sakinləri təşviş içindədirlər.

Verilən məlumatda o da qeyd olunub ki, mülki vətəndaşlar arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, dünən cəbhədə şiddətli döyüşlər olub və atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.