Siyasət

Prezident İlham Əliyev isveçrəli və beninli həmkarlarını təbrik etdi

31 İyul 2014 18:59
Baxış: 898
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Benin Respublikasının Prezidenti Boni Yayiyə təbrik məktubu göndərib.

Milli.Az-ın AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Benin Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Benin xalqına sülh və rifah arzulayıram".

X X X

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterə də təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-İsveçrə münasibətləri dinamik şəkildə inkişaf edərək yeni məzmun kəsb etmişdir. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.