"Hüquq müdafiəçisi adı ilə əsl fəaliyyətini pərdələməyə çalışan Leyla Yunus daim dövlətçiliyimizə zərbə vurmağa çalışıb, bunun üçün hətta düşmən ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlığa gedib".
Bu barədə Trend-ə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi L.Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.
E.Həsənlinin sözlərinə görə, L.Yunus vətəndaş cəmiyyətinin inkişafı ilə məşğul olmaqdansa, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun aşağı salınması kimi "mühüm" işlər görüb: "Onun Avropa qurumları üçün hazırladığı Azərbaycanda siyasi məhbuslar siyahısı hətta müxalifətçi hüquq müdafiəçiləri tərəfindən də təəccüblə qarşılanırdı. Artıq sübut olunub ki, Leyla Yunus və həyat yoldaşı Arif Yunus Ermənistan kəşfiyyatının məxfi agentlərindən olan Laura Bağdasaryanla uzun müddət əməkdaşlıq ediblər".
O vurğulayıb ki, L.Yunus və tərəfdarları Ermənistan tərəfindən dövlətimizə qarşı başladılmış təcavüzkar müharibə, torpaqlarımızın işğal olunması, bir milyondan çox soydaşımızın məcburi köçkün və qaçqına çevrilməsi məsələsində həmişə səssiz qalıblar: "Hətta son vaxtlar erməni tərəfinin atəşkəsi tez-tez pozması, işğal olunmuş Kəlbəcər rayonunda 3 vətəndaşımızın təcavüzkarlar tərəfindən öz doğma vətənlərində girov götürülməsi faktına göz yumub, bununla bağlı heç bir mövqe bildirməyiblər. Bütün bunlar bir daha Leyla Yunusun insan hüquqlarının müdafiəçisi deyil, şəxsi maraqlarının müdafiəçisi olduğunu göstərir".
E.Həsənli deyib ki, Azərbaycanın demokratik, hüquqi dövlət kimi qazandığı uğurlar milli düşmənlərimizdən olan Leyla Yunusu da narahat edirdi: "Görünür, bu səbəbdən Leyla Yunus "xalq diplomatiyası" adı altında erməni kəşfiyyatı ilə əlaqələrini daha da genişləndirmiş, casusçuluq fəaliyyətini QHT fəaliyyəti adı altında pərdələyərək dövlətimizin beynəlxalq nüfuzuna zərbə vurmaq işinə böyük həvəslə başlamışdı. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq, Leyla Yunus və onun kimi vətən xainlərinin cəzalandırılmasını tələb edir, onlara havadar çıxan, bu yolla xarici ağalarından qrant qoparmağa çalışanları isə öz mövqelərinə yenidən baxmağa, milli dövlətçiliyimizi şəxsi və siyasi maraqlarından üstün tutmağa çağırırıq. Unutmayaq ki, dövlətini satanlar, vətən xainləri daim lənətlə yad olunur".
Qeyd edək ki, L.Yunusovanın Cinayət Məcəlləsinin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Milli.Az
Siyasət
İctimai Birlik: "Leyla Yunus və onun kimi vətən xainlərinin cəzalandırılmasını tələb edirik"
31 İyul 2014 17:55
Baxış: 613
DİGƏR XƏBƏRLƏR
- ABŞ və Qərb dairələri Cənubi Qafqazda sülh olmasında maraqlı deyil
- Qərbin "erməni yalanları" çox tez faş oldu
- Azərbaycanın sədrliyi AQEM-in əsas vəzifələrinə mühüm töhfə verəcək - Kayrat Sarıbay - VİDEO - FOTO
- Fransanın növbəti diplomatları qovulub - "Observer Online" yazır
- Sülhməramlılar da çıxarıldı - Nə bəhanə qaldı?
- Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?
XƏBƏR LENTİ
- Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
- DİM sədrindən çağırış: Özünüzü aldatmayın!
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
- Bakıda məşhur liseyin fəaliyyəti dayandırılır
- “Uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?!”
- ABŞ və Qərb dairələri Cənubi Qafqazda sülh olmasında maraqlı deyil
- Kirayə üçün kompensasiya veriləcək - Kimlərə şamil ediləcək?
- Burak Özçivitin lüks avtomobilinin qiyməti gündəm oldu – FOTO
- Tbilisidəki aksiyada polislər yaralandı
- Xəzərdə tikinti üçün süni torpaq sahələri yaradılacaq
- Hindistanda dünyanın ən böyük seçkiləri başladı
- Yunus Oğuzun "Cığır" romanı Zəfərə gedən yolumuzun cığırlarını göstərən bir romandır - Cahangir Məmmədli
- Bakıda evdə PARTLAYIŞ: ölən var
- Reper 60 milyona avtomobil aldı
- Azərbaycanlının öldürdüyü şəxs məşhur imiş
- Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
- Medvedyevdən Zelenskiyə: Qorx, təlxək!..
- "Meyxananı böyük səhnəyə atam gətirib"
- Valideynlərini qətlə yetirən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
- Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq
- Bu avtomobillərin qiyməti ucuzlaşacaq
- Səhiyyə nazirindən VAKSİNASİYA ilə bağlı əmr - bu uşaqlara...
- Video çəkilişi mediaya təqdim edənlər cərimələnəcək
- Bu halda ipotekaya xitam veriləcək