Siyasət

Fəzail Ağamalı: "Leyla Yunus əməllərinin konkret nəticələrini artıq görür"

31 İyul 2014 13:16
Baxış: 489
"Leyla Yunus əməllərinin konkret nəticələrini artıq görür". Bu barədə Trend-ə millət vəkili Fəzail Ağamalı Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.

F.Ağamalı qeyd edib ki, nəhayət, Azərbaycanın hüquqi qaydaları L.Yunusa da tətbiq olunmağa başladı: "Bunu mən müsbət qarşılayıram. Dünənki açıqlamalarda da bəlli oldu ki, bir sıra maddələrlə onun haqqında cinayət işi qaldırılıb. Leyla Yunusun qadına yaraşmayan hərəkətlərinə və arxasında dayanan erməni lobbisinə görə onun haqqında Azərbaycanın qanunları çərçivəsində konkret addımlar atılmalı idi və nəhayət, atıldı".

Millət vəkili əlavə edib ki, bu, hər kəs üçün örnək olmalıdır və kimliyindən asılı olmayaraq, hər bir kəs qanun qarşısında, qanunun aliliyi qarşısında cavab verməlidir.

Qeyd edək ki, L.Yunusa Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), həyat yoldaşı Arif Yunusova qarşı isə 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri üzrə ittiham elan olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.