Siyasət

ABŞ səfirliyindən viza problemi ilə bağlı açıqlama

31 İyul 2014 12:16
0 Şərh     Baxış: 795

ABŞ-ın Azərbaycandakı səfirliyi vizaların verilməsində yaranmış problemlə əlaqədar məlumat yayıb.

APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində yer alan məlumatda deyilir ki, ABŞ Dövlət departamentində viza sistemi ilə bağlı problemlər yaranıb.

Qeyd edilir ki, qlobal miqyaslı əməliyyatlara təsir edən problem ayrı-ayrı ölkələrə deyil, bütün dünya ölkələrinə təsir göstərir.

"Biz yaranmış narahatlığa görə təəssüf edirik. Pasportları vaxtında qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Təəssüf ki, problemin nə vaxtadək davam edəcəyini bilmirik. İstisna kimi xüsusi hallar nəzərdən keçiriləcək", - deyə məlumatda vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.