Siyasət

Kəlbəcərdə girov götürülən azərbaycanlılar ailələrinə məlumat göndəriblər

30 İyul 2014 18:18
0 Şərh     Baxış: 771

Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən iki azərbaycanlı ailələrinə məlumat göndəriblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, BQXK-nın nümayəndələri iyulun 28-də saxlanılan azərbaycanlılara ikinci dəfə baş çəkib:

"Başçəkmə zamanı onlara ailələrindən məlumat çatdırılıb, onlar da ailələri üçün məlumat göndəriblər".

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb. BQXK-dan Trend-ə verilən məlumata görə, öldürüldüyü iddia edilən azərbaycanlı Dağlıq Qarabağda dəfn edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.