Siyasət

Bayram günü cəbhədə erməni təxribatı - YENİLƏNİB

29 İyul 2014 12:39
3 Şərh     Baxış: 1 504

Cəbhədə sutka ərzində atəşkəs rejimi ümumilikdə 68 dəfə pozulub


12:39

Dünən gündüz saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulub.

APA-nın xəbərinə görə, kənd sakinləri gün ərzində və gecə saatlarında atəşin səngimədiyini bildiriblər.
 
Artıq kənddə gəzməyin mümkün olmadığı bildirilib. Kənd sakinləri son dörd gündə atəş səslərinin kəsilmədiyini deyiblər. Sakinlər evlərini tərk etməsələr də, sığınacaqlarda yaşamağa məcburdurlar.
 
Məlumata görə, yanan güllələrdən kəndi atəşə tutan ermənilərin məqsədi, cüzi də olsa, ziyan verməkdir.
 
Kənd sakinlərinin bildirdiyinə görə, atışma zamanı həyəcanlanan Koxanəbi kənd sakini, 1995-ci il təvəllüdlü Salatın Babayevanın halı pisləşib. Kənd sakini dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra S. Babayeva evə buraxılıb.

----------
09:33

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Milli.Az bildirir ki, Müdafiə Nazirliyindən anspress-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 68 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd kəndləri , Füzuli rayonunun Horadiz şəhəri, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.