Siyasət

Rusiya səfirliyi: "Dilqam Əsgərovun ailəsindən daxil olan məktub diqqətlə nəzərdən keçiriləcək"

25 İyul 2014 18:52
0 Şərh     Baxış: 1 155

Səfirlik Kəlbəcərdə ermənilərin əsir götürdükləri azərbaycanlıların yaxınları tərəfindən məktubun daxil olduğunu təsdiqləyib

Rusiyanın Azərbaycandakı səfirliyi işğal altında olan Kəlbəcər rayonunda ermənilərin əsir götürdükləri Dilqam Əsgərov Şahbaz Quliyevin ailə üzvləri tərəfindən məktubun daxil olduğunu təsdiq edib.

Milli.Az bildirir ki, Rusiyanın Azərbaycandakı Səfirliyindən APA-ya verilən məlumata görə, məktub diqqətlə nəzərdən keçiriləcək.
  

"Doğrudan da, səfirin adına Q.Əsgərovdan məktub daxil olub. O iddia edir ki, D.Əsgərov Kəlbəcərdə məlum insident zamanı saxlanılıb və o, Rusiya vətəndaşıdır. Bu məktub diqqətlə nəzərdən keçiriləcək və onu göndərən şəxsə cavab veriləcək", - deyə səfirlikdən bildiriblər.
  

Həmçinin Rusiya vətəndaşı olan A.Veselovanın səfirliyin konsulluq şöbəsinə həyat yoldaşı, Azərbaycan vətəndaşı Ş.Quliyevin axtarışına kömək etmək xahişi ilə müraciət etdiyi təsdiqlənib. A.Veselovaya bütün lazımi izahatlar verilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.