Siyasət

Prezident İlham Əliyev maldivli həmkarını təbrik edib

25 İyul 2014 18:34
Baxış: 310

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,


Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Maldiv münasibətləri daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah arzulayıram".

Milli.Az


 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.