Siyasət

Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri Putinə müraciətlər ediblər - FOTO

25 İyul 2014 16:33
0 Şərh     Baxış: 1 397

Dilqəm Əsgərovun və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselovanın pasportlarının surətindən aydın olur ki, onlar Rusiya vətəndaşıdırlar

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu ƏsgərovŞahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya Prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciətlər ediblər.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Komitəyə daxil olan məlumata görə, müraciətlərdə D.Əsgərovla Ş.Quliyevin girovluqdan azad olunması xahiş edilib.

Rusiya Federasiyasının vətəndaşları olan Dilqəm Əsgərovun və Albina Veselovanın pasportlarının surəti həmin müraciətlərə əlavə edilib.

Müraciətlərin mətni və pasportların surəti məlumata əlavə olunur.

Pasportların surətindən aydın olur ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Lakin Rusiyanın Azərbaycandakı səfirliyi D.Əsgərovun Rusiya vətəndaşı olmadığını bildirib.

Pasportların surətindən o da məlum olur ki, Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova da Rusiya Federasiyasının vətəndaşdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.