Siyasət

Kəmaləddin Heydərov Riçard Morninqstarla görüşüb

24 İyul 2014 18:40
Baxış: 810
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov diplomatik missiyasının başa çatması ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla görüşüb.

Milli.Az-ın Trend-ə istinadən məlumatna görə, Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat verir ki, K.Heydərov Birləşmiş Ştatların ölkəmizdəki səfirinin Azərbaycan-ABŞ əlaqələrinin daha da möhkəmlənməsindəki rolunu qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fövqəladə hallar naziri ABŞ-ın müvafiq qurumları ilə nazirlik arasında əməkdaşlığın perspektivlərindən bəhs edib əmin olduğunu bildirmişdir ki, bu əməkdaşlıq gələcəkdə daha da güclənəcək.

Görüş zamanı səfirə Azərbaycan Respublikasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

R.Morninqstar ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib, Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Birləşmiş Ştatların müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.