Siyasət

Həsən Həsənovun qardaşı: "Bəzi qaranlıq məsələlər var, meyitin Azərbaycanda ekspertizasından sonra aydınlaşacaq"

24 İyul 2014 17:35
0 Şərh     Baxış: 1 142

"Qardaşımın cəsədinin fotosuna BQXK-da baxdıq"

Erməni tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənovun meyitinin fotosu ailə üzvləri tərəfindən tanınıb.

Bu barədə APA-ya Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

O qeyd edib ki, qardaşının cəsədinin fotosuna iki-üç gün bundan qabaq Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) baxıblar: "Fotoya baxanda qardaşımın meyiti olduğu aydınlaşdı. Lakin orada bəzi qaranlıq məsələlər var və həmin məsələlər meyit Azərbaycana təhvil veriləndən sonra keçiriləcək ekspertizadan sonra dəqiq məlum olacaq".

Azərbaycan vətəndaşları Dilqəm Əsgərov Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılıb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.