Siyasət

Azərbaycan və İran arasında yeni sənəd imzalanacaq

24 İyul 2014 10:54
Baxış: 789

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb

Bu barədə məlumat Trend-ə İranın Azərbaycandakı səfirliyindən verilib.

Məlumata əsasən, görüşdə tərəflər iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqların artırılmasının zəruriliyindən danışıb və əməkdaşlıqların gələcək perspektivi haqda müzakirə aparıblar.

Görüşdə Əli Abbasov İrana sonuncu səfəri haqda danışıb və bu ölkənin rəsmiləri ilə keçirdiyi görüşlərin səmərəli olduğunu bildirib: "İki ölkə arasında rabitə və informasiya texnologiya sahəsində əməkdaşlıqların artırılması üçün sənəd hazırlanıb və yaxın gələcəkdə imzalanacaq".

Görüşdə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin də öz növbəsində iki ölkənin özəl sektorunda çalışan şirkətlərin əməkdaşlıqlarının artırılmasının zəruriliyindən danışıb. O bildirib ki, yaxın gələcəkdə İranın rabitə və informasiya texnologiyaları sahəsində çalışan tanınmış şirkətlərindən təşkil olunmuş nümayəndə heyəti Bakıya gələcək.

Qeyd edək ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyun ayında İrana rəsmi səfərə getmiş və bir sıra görüşlər keçirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.