Siyasət

Bayram Səfərov: "Mülki insanları "diversant" olmaqda ittiham etmək ermənilərin yeni sərsəm fikirlərindən biridir"

23 İyul 2014 16:32
0 Şərh     Baxış: 500

"Öz doğma ata-baba torpağına, Kəlbəcərə, Zəngilana və digər yerlərə getmək oradan olan insanların hüququdur və heç kim bu hüquqa qarşı çıxa bilməz"

Bunu APA-ya açıqlamasında "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, vətəndaş öz ölkəsi daxilində hərəkət edib, heç bir dövlətin sərhədini pozmayıb: "Necə ola bilər ki, mən öz ölkəmin ərazisində sərhədi pozum? Biz hamımız istədiyimiz vaxt torpaqlarımıza, ata-baba yurdumuza gedəcəyik. Tək Kəlbəcərə deyil, digər işğal altındakı ərazilərə getmək bizim hüququmuz və istəyimizdir. Girov götürülmüş şəxslər də öz torpaqlarına gediblər. Onlar valideynlərinin qəbrini ziyarət ediblər. Biz nəinki öz ata baba torpaqlarımıza getməliyik, həm də gedib orada yaşamalıyıq".

İcma rəhbərinin sözlərinə görə, ermənilər mülki insanlara "diversant" adı qoymaqla onları ittiham eləməyə çalışırlar: "Bu onların yeni sərsəm fikirlərindən biridir".

B.Səfərov qeyd edib ki, dövlət başçısı da məsələni diqqətə götürüb.

O, girovların azad olunacağına əminliyini də vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.