Siyasət

Novruz Məmmədov Rusiya kanalını ittiham etdi

23 İyul 2014 16:26
Baxış: 1 134
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiyanın RBK kanalını Dağlıq Qarabağla bağlı rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparmaqda günahlandırıb.

Trend-in məlumatına görə, N.Məmmədov öz Tvitter səhifəsində yazıb: "RBK kanalı 2 ermənini dəvət edərək Dağlıq Qarabağın ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır".

Prezident Adminstrasiyası rəsmisinin sözlərinə görə, RBK özünü neytral kanal kimi göstərərək, təəssüf ki, məkrli niyyətə xidmət edir: "Bu kanal yalan məlumatlarla ictimaiyyəti aldadaraq mövqe formalaşdırmağa çalışır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.