Siyasət

Səfir Kəlbəcərdə tutulan Dilqəm Əsgərovun Rusiya vətəndaşı olub-olmaması məsələsinə aydınlıq gətirdi

23 İyul 2014 15:07
0 Şərh     Baxış: 734

Vladimir Doroxin Bahar Muradovaya məktub yazıb

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur.

APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya səfiri Vladimir Doroxin Milli Məclis sədrinin müavini Bahar Muradovaya ünvanladığı məktubunda bildirib.

"Rəsmi olaraq Sizə məlumat verirəm ki, Kəlbəcərdə baş vermiş insident zamanı tutulanlar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur", - deyə V.Doroxin məktubunda yazıb.

Qeyd edək ki, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması barəsində məlumatlar yayılıb.

B.Muradova da mətbuata müsahibəsində Rusiyanı öz vətəndaşının taleyinə biganə qaldığına görə tənqid edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.