Siyasət

Əli Həsənov: "Kəlbəcərdə girov götürülmüş azərbaycanlılar vətənpərvərliyə nümunədirlər"

23 İyul 2014 13:42
1 Şərh     Baxış: 641
"Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl vətənpərvər insandırlar, qəhrəmandırlar. Onları qətiyyən qınamaq olmaz".

Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

Ə.Həsənov bildirib ki, Kəlbəcərdə girov götürülən azərbaycanlılar qohum-əqrəbalarının, valideynlərinin qəbrini ziyarət etmək üçün öz doğma yerlərinə, vətənlərinə gediblər: "Biz vətənpərvərlikdən danışırıq. Biz gənclərimizi torpaqlarımızı azad etməyə hazırlayırıq. Onlar gənclərimizə əsl nümunədirlər".

Baş nazirin müavini qeyd edib ki, deyilənə görə, Kəlbəcərdə Ermənistan hərbçləri tərəfindən girov götürülən azərbaycanlılardan biri öldürülüb, iki nəfər isə ermənilərin əlindədir: "O insanlara müxtəlif ləkələr yaxırlar. Onlara gah "diversant" deyirlər, gah da hansısa cinayət törətdiklərini bildirirlər. Özləri məlumat yaydılar ki, Kəlbəcərə Azərbaycan "diversantları" gəlib. Sonra özləri yaydılar ki, Kəlbəcərdə yaşayan ermənilər qorxuya düşüb qaçırlar. Daha sonra da dedilər ki, biz çətinliklə onların qarşısını almışıq. Dediklərinə görə, Dilqəm və Şahbaz dəfərlərlə Kəlbəcərə gediblər. Onlar o ərazilərə çox gedib-gəliblərsə, elə o zaman da hadisə törədərdilər də. İndi Kəlbəcərdə 17 yaşında bir oğlan ölüb. Cinayət işinin üstünü aça bilmirlər, bilmirlər kim öldürüb. İndi açılmayan nə qədər cinayət varsa, yıxacaqlar azərbaycanlıların üstünə. Biz həmişə Ermənistan və ermənilər barədə beynəlxalq təşkilatlara deyirdik ki, bu millət nədir, o ölkə nə ölkədir, o ölkənin rəhbərliyi nədir?"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.