Siyasət

"Kəlbəcərdə girov götürülmüş azərbaycanlılara işgəncələr verirlər, iynə vurub min cür şey yeridirlər"

23 İyul 2014 13:16
Baxış: 1 354
Bu günün sonunda Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birlikdə Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlılardan birinin öldürülməsi ilə bağlı birgə bəyanat yayacaq.

Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan tərəfi Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı BQXK nümayəndələri ilə tez-tez görüşlər keçirir.

Ə.Həsənov deyib ki, girov götürülən azərbaycanlılar Ermənistan tərəfindən təzyiq və işgəncələrə məruz qalırlar: "Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var. Neçə gün keçib. Nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki onların başlarına min oyun açırlar. Onlara işgəncələr verirlər, danışdırırlar, iynə vurub min cür şey yeridirlər".

Bununla yanaşı, Əli Həsənov mətbuatı və girovların yaxınlarını təmkinli və diqqətli olmağa çağırıb. O bildirib ki, bu məsələ ilk gündən Azərbaycan Prezidentinin diqqətindədir və onun tapşırığı ilə dövlət bu məsələ ilə məşğuldur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.