Siyasət

Azərbaycan AŞ Nazirlər Komitəsinin sədri kimi Malayziya təyyarəsinin Ukraynada qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

22 İyul 2014 11:34
0 Şərh     Baxış: 510
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik etdiyi Avropa Şurası Nazirlər Komitəsi adından Malayziya təyyarəsinin Ukraynada qəzaya uğraması ilə əlaqədar bəyanat verib.

Trend-in AŞ Nazirlər Komitəsinin saytına istinadən verdiyi məlumata görə, nazir bəyanatında Ukraynanın şərqində "Malaysia Airlines" şirkətinə məxsus təyyarənin qəzaya uğrmasından sarsıldığını bildirib: "Avropa Şurası Nazirlər Komitəsi adından, bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm. Mən qurbanlara və onların ailələrinə hörmət kimi tez bir zamanda qurbanların cəsədlərinin repatriasiyasını asanlaşdırmağa çağırıram. Mən bu faciənin hərtərəfli, müstəqil və şəffaf istintaqının tez bir zamanda aparılmasına dair çağırışlara qoşuluram".

Qeyd edək ki, iyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin "Boeing 777" təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğradığı məlum olub. 298 sərnişini olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Qəzada sağ qalan olmayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.