Siyasət

Novruz Məmmədov: "Prezident İlham Əliyev Sarkisyanın Şərq Tərəfdaşlığı sammitində qondarma "soyqırım"la bağlı sərsəm mülahizələrinə cavab verdi"

25 Aprel 2014 11:34
Baxış: 1 472
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın Şərq Tərəfdaşlığı sammitindəki çıxışına öz Twitter səhifəsində münasibət bildirib.

N.Məmmədov deyib: "Şərq Tərəfdaşlığı sammitində Sarkisyan bütün çıxışını qondarma "soyqırım"la bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdi".

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, PA rəsmisinin yazdığına görə, S.Sarkisyanın çıxışından sonra Azərbaycan Prezidenti İlham Əliyev ona cavabında bildirib: "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!"

Qeyd edək ki, hər il aprelin 24-də ermənilər uydurma "erməni soyqırımı"nı qeyd edirlər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.