Siyasət

Stokholmda qondarma "erməni soyqırımı" aksiyası baş tutmadı - FOTO

25 Aprel 2014 10:52
0 Şərh     Baxış: 329

İsveçin paytaxtı Stokholmda bir neçə həftədir hazırlıqları gedən ermənilərin və assuriyalıların qondarma "soyqırım" aksiyası baş tutmayıb

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, buna səbəb aksiyaya heç kimin qatılmaması olub.

İsveç Türk İşçi Dərnəkləri Federasiyası xəbər verir ki, İsveç Erməni Federasiyası və assuriyalıların Stokholmun mərkəzi sayılan Sergel meydanında keçirdikləri aksiyaya turistlər belə biganə qalıblar. İsveçdə 5 min erməni, 40 min assuriyalı yaşamasına və hava şəraitinin də əlverişli olmasına baxmayaraq, onlar mitinqdə iştirak etməyib, əvəzində isə piknikə getməyə üstünlük veriblər.

İsveç Erməni Federasiyasının üzvləri və bir-iki assuriyalı aksiyanın baş tutmamasından və həmvətənlərinin passivliyindən pərişan olublar. Belə ki, qondarma erməni soyqırımı aksiyasında bayraqların sayı insanlardan çox olub. İştirakçılara paylamaq üçün hazırlanmış broşürlər də təşkilatçıların əllərində qalıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.