Siyasət

Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim edib

24 Aprel 2014 19:30
Baxış: 1 203

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı səfiri Rasim Rzayev etimadnaməsini Oman Sultanı Qabus bin Səyidə təqdim edib.
 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Oman Sultanına çatdırıb və Oman xalqına tərəqqi və çiçəklənmə arzu edib.
 

Səfir iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.
 

Qabus bin Səyid Azərbaycan Prezidentinə ən səmimi salamlarının və xoş arzularının çatdırılmasını xahiş edib və iki ölkə arasındakı əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını vurğulayıb.
 

Sultan səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb və onun diplomatik fəaliyyəti dövründə Azərbaycan və Oman arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
 

R.Rzayev öz fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.