Siyasət

Türkiyənin iqtidar partiyası: Azərbaycansız olmaz! - YENİLƏNİB

24 Aprel 2014 11:29
Baxış: 893
11:29

Türkiyə-Ermənistan münasibətləri yalnız Azərbaycan torpaqlarının azad olunmasından sonra bərpa edilə bilər. Trend-in məlumatına görə, bunu hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Mehmet Əli Şahin "TRT Haber" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə bunu dəfələrlə bəyan edib.

Mehmet Əli Şahin deyib: "Baş nazir Ərdoğan özünün bütün bəyanatlarında bildirib ki, yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra münasibətlərin normallaşması və Türkiyə-Ermənistan sərhədinin açılması barədə söhbət gedə bilər".

---------
11:16

Türkiyə-Ermənistan münasibətləri yalnız Azərbaycan torpaqlarının azad olunmasından sonra bərpa edilə bilər.

Trend-in məlumatına görə, bunu hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Mehmet Əli Şahin "TRT Haber" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə bunu dəfələrlə bəyan edib.

Xatırladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib.

Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.