Siyasət

Hollandiyada yaşayan azərbaycanlılar qondarma "erməni soyqırımı" abidəsinin açılmasına etiraz edəcəklər

24 Aprel 2014 09:33
0 Şərh     Baxış: 467
Hollandiyada yaşayan azərbaycanlılar qondarma "erməni soyqırımı" ilə bağlı etiraz aksiyası keçirəcəklər.

Benilüks Azərbaycanlıları Konqresindən Trend-ə verilən məlumata görə, konqres Hollandiyanın Almelo şəhərində qondarma "erməni soyqırımı" abidəsinin açılması ilə əlaqədar bəyanat qəbul edib.

Bəyanatda deyilir: "Cəmiyyətdəki nifrəti qızışdıracaq və narahatlıq çıxaracaq bir cəhdlə qarşı-qarşıyayıq. Bilindiyi kimi, 24 aprel 2014-cü il tarixində Almelo şəhərində "erməni soyqırımı" abidəsi adı altında bir açılış planlaşdırılıb. Bələdiyyədən erməni abidəsi açmaq üçün içazə alınıb, amma açılış "erməni soyqırımı" abidəsi şəklində keçiriləcəkdir. Bu abidə və açılışdan cəmiyyətimizin, təəssüf ki, çox gec xəbəri olub".

Buna etiraz etmək üçün bu gün günorta saatlarında Almeloda etiraz aksiyası keçiriləcək. Benilüks Azərbaycanlıları Konqresi bütün türk xalqlarını aksiyaya qoşulmağa çağırır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.