Aprelin 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roysun rəhbərlik etdiyi konqresmenlərdən ibarət nümayəndə heyətini qəbul edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə müdafiə naziri Azərbaycan-ABŞ hərbi əlaqələrinin müxtəlif proqramlar çərçivəsində uğurla davam etdiyini, terrorizmə qarşı mübarizə və NATO-nun Əfqanıstanda həyata keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarına Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin verdiyi töhfəni xüsusi vurğulayıb.
Z.Həsənov qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.
Görüşdən məmnun qalan konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər.
Sonda qarşılıqlı maraq doğuran regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-nın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Siyasət
Zakir Həsənov ABŞ konqresmenlərini regiondakı hərbi-siyasi vəziyyətdən agah edib - FOTO
19 Aprel 2014 16:01
Baxış: 514
DİGƏR XƏBƏRLƏR
- Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb - FOTO
- Tarixi gün - İlham Əliyevin xalqa hədiyyəsi
- Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTO
- XİN: Ermənistan 4 kəndi geri qaytaracaq
- “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edildi
- “Ombudsman haqqında” Konstitusiya Qanununda dəyişiklik edildi
XƏBƏR LENTİ
- COP29 prezidenti Devid Terklə müzakirə apardı
- Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı
- Dünyada ən bahalı çay növləri: 4 milyon dollar...
- Şahmatçılarımız Avropa çempionatına qələbə ilə başladı
- Belqorodda daha üç Ukrayna PUA-sı məhv edildi
- Rusiyalı hərbi müxbir Ukraynada öldü
- Sosial medianın uşaqlar üzərindən qazancı dodaq UÇUQLADIR – Milyardlarla...
- “İnsan yediyi qaba tüpürməz”
- “TikTok”un populyarlaşdırdığı yuxu taktikası - Nə dərəcədə effektivdir?
- 48 yaşlı Nurgüldən iddialı pozlar - FOTO
- Nəsrinin bu FOTOları gündəm oldu
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Hikmət Hacıyev COP29-dan danışdı: "Cəsarətimizin təcəssümüdür" - FOTOlar
- Pişiyin yaşadığı evdə bu 3 şeyi etməyin: Peşman olacaqsınız
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- Bakıya qarşı provokativ suala İran səfirinin cavabı
- Ərdoğan təsdiqlədi: Ərbilə səfər edəcək
- Rusiya müharibəyə bu gün son qoya bilər - G7
- Sloveniyadan vətəndaşlarına İranla bağlı xəbərdarlıq...