"Bu gün Azərbaycan regionda ən qüdrətli orduya sahib dövlətdir. Düşmənlərimiz də bundan çox narahatdırlar. Biz hər zaman Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. İnşaallah biz o günü görəcəyik".
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Bakıda "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" münasibətilə hərbi liseydə keçirilən təntənəli mərasimdə bildirib.
O, həmçinin qeyd edib ki, bu işdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi zabitlərin də rolu olacaq.
V.Əliyev bildirib ki, 1971-ci ildə ulu öndər Heydər Əliyev bu məktəbi yaradanda ondan başqa heç kim məktəbin yaradılmasının son məqsədini bilmirdi: "Heç kim bilmirdi ki, vaxt gələcək Azərbaycan müstəqil dövlət olacaq. Amma ulu öndər Heydər Əliyev bilirdi".
Vaxtilə özü də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olmuş V.Əliyev bu məktəbin yetişdirmələrinin üzərində əməyi olan hər kəsə minnətdarlığını bildirib: "Bu məktəbə, üzərimizdə əməyi olan müəllim və komandirlərə təşəkkür edirik ki, bizi layiqli əsgər kimi böyüdüblər".
Qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 18-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Müdafiə nazirinin digər əmrinə əsasən, hərbi liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib.
Milli.Az
Siyasət
Vahid Əliyev: "Azərbaycan regionda ən qüdrətli orduya sahib dövlətdir"
19 Aprel 2014 10:46
Baxış: 2 043
DİGƏR XƏBƏRLƏR
- "Ermənistanın 4 kəndi qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir"
- Prezidentin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib
- Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
- Prezident Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
- Prezident: Quru sərhədlərinin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
- İlham Əliyev: Biz qonşularla yaxşı münasibətlər qura bilmişik
XƏBƏR LENTİ
- Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb - - FOTO
- "Sandık kokusu"nda yeni aktrisa - - FOTO
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
- Xalq artisti Tünzalə Ağayeva dəyişdi - VİDEO
- PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
- Məşhur festival bu məbləğdə cərimələnib
- 15 gündə qarın piyini əridən içki
- Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - - FOTOlar
- Ermənistanda polis zorakılığı artır - Freedom House
- Deputatın köməkçisi casus çıxdı: həbs olundu
- Bu yay üçün REKORD İSTİLİK gözlənilir
- Xalq artistinin bahalı avtomobili - FOTOlar
- "Arsenal" "Çelsi"ni darmadağın etdi
- Zalujnı nə vaxt Londonda işə başlayacaq?
- Hizbullah İsrail ərazisinə kütləvi zərbələr endirir
- Türk hərbi gəmisi Moqadişu limanında: prezident qarşıladı
- Cazibədar bədən quruluşu ilə gənc qızlara meydan oxudu - FOTO
- Senat Ukrayna, İsrail və Tayvana yardımı təsdiqlədi
- Milanda gecə saatlarında pizza yemək qadağan olunur
- Azərbaycan çempionatlarının qalibləri təltif ediliblər
- Dünyada qızılın qiyməti buna görə bahalaşdı – Ekspert
- Niyaməddin Musayev Mələkxanımın şad günündə - VİDEO
- Tom Kruzun bu hərəkəti gündəm oldu - FOTOlar