Siyasət

Qazaxıstanın müdafiə naziri Azərbaycana gəlir

18 Aprel 2014 16:57
Baxış: 377

Aprelin 21-də Qazaxıstanın müdafiə naziri Serik Axmetovun Azərbaycana rəsmi səfəri planlaşdırılır

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfər proqramı çərçivəsində S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.

Səfər aprelin 22-dək davam edəcək.

Qeyd edək ki, Bu, S.Axmetovun yeni vəzifədə xaricə ilk səfəri olacaq

S.Axmetov müdafiə naziri vəzifəsinə aprelin 3-də təyin edilib. Bundan əvvəl o, Qazaxıstanın Baş naziri postunu tutub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.