Siyasət

Vitse-admiral Şahin Sultanovun rütbəsi endirilib? - RƏSMİ AÇIQLAMA

18 Aprel 2014 16:10
0 Şərh     Baxış: 678

Müdafiə Nazirliyi: Şahin Sultanovun rütbəsinin endirilməsi barədə məlumatlar həqiqətə uyğun deyil

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovla bağlı bəzi KİV-də yayılan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mətbuatda Ş.Sultanovun rütbəsinin iki pillə aşağı salınması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Xatırladaq ki, bu gün bir sıra KİV-də Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Ş.Sultanovun rütbəsinin iki pillə endirilməsi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Ş.Sultanov bu ilin martında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.