Siyasət

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki "Könül" körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaq - FOTO

18 Aprel 2014 14:49
Baxış: 2 771
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səbail rayonunun Badamdar qəsəbəsində növbəti uşaq bağçasının əsaslı təmiri və yenidən qurulması işləri həyata keçiriləcəkdir.

Bununla əlaqədar yeni, müasir üslubda layihə sənədləri hazırlanmışdır.

Səbail Rayon İcra Hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, hazırda 110 uşağın tərbiyə aldığı, ümumi ərazisi 3500 kvadratmetr olan körpələr evi-uşaq bağçası 3 korpus və 1 musiqi zalından ibarətdir. Uşaq bağçasının əsas korpusu ikimərtəbəlidir və bütün tikililərin ümumi sahəsi 1000 kvadratmetrdir. Bağçada uşaqların tərbiyəsi ilə 13 tərbiyəçi, 3 musiqi rəhbəri və texniki işçilər də daxil olmaqla 32 nəfər məşğul olur.

Badamdar qəsəbəsinin əhalisinin sayının artması və burada məktəbəqədər təhsil müəssisələrinə olan tələbat nəzərə alınaraq uşaq bağçasının həyətində 80 uşaq üçün nəzərdə tutulmuş yeni korpus da tikiləcəkdir. Tikinti-təmir işlərinə aprel ayının sonunda başlanacaqdır.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən keçən il Səbail rayonunun Badamdar qəsəbəsində 136 nömrəli uşaq bağçası əsaslı təmir olunmuş və Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.