Siyasət

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktorunu qəbul edib - YENİLƏNİB - FOTO

18 Aprel 2014 13:32
Baxış: 376
13:25

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin önəmini qeyd etdi. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev mədəniyyət və humanitar sahələrdə də əməkdaşlığımızın razılıq doğurduğunu bildirdi. Sərhəd xidmətləri arasında da əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sahədə birgə fəaliyyət, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkəmizə ötənilki səfərini məmnunluqla xatırladı.

Zumeyyim bin Cuveybir Əs-Səvvat azərbaycanlı həmkarları ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə müzakirələr apardıqlarını vurğuladı.

Milli.Az

--------
13:32

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.