Siyasət

Ziyafət Əsgərov: "Azərbaycanda siyasi məhbus yoxdur"

18 Aprel 2014 12:59
Baxış: 402

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Nida"çıların məhkəməsi məsələsi qaldırılıb

APA-nın məlumatına görə, çıxış edən deputat İqbal Ağazadə bununla bağlı ötən gün keçirilən məhkəməni və prokurorun tələbini siyasi sifariş adlandırıb.

O, prokurorun gənclərə ağır cəzalar istəməsini yersiz adlandırıb və "Nida"çıların işini siyasi məsələ kimi xarakterizə edib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə İ.Ağazadənin fikirlərinə etiraz edib: "Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxslər var. Vəssalam!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.