Siyasət

ABŞ konqresmenlərinin Azərbaycana səfərinin tarixi açıqlandı

17 Aprel 2014 13:08
0 Şərh     Baxış: 305
ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, amerikalı konqresmen Ed Roysun başçılıq etdiyi nümayəndə heyəti bu həftə Azərbaycana səfər edəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə konqresmen Ed Roysla yanaşı, digər konqresmenlər Eliot Engel, Lois FrankelDavid Sisilayn (David Cicilline) daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan dövlət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər.

Bakıya səfərin ardınca, nümayəndə heyəti Kiyevə və Yerevana səfər edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.